...

Seçici siyahılarının dəqiqləşdirilməsinin birinci mərhələsi başa çatıb

Siyasət Materials 6 Mart 2006 15:03 (UTC +04:00)

Təkrar parlament seçkiləri ilə əlaqədar seçicilərin siyahılarının dəqiqləşdirilməsi işi başa çatıb. Bu barədə Trend ə Azərbaycanda Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib. O, bildirib ki, təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsinin bütün məntəqələri həmin ərazilərin seçicilərinin siyahısı üzərində dəqiqlşədirmələr aparıb və bu işin birinci mərhələsi başa çatıb. Sabah - martın 7-də seçici siyahıları elan ediləcək. Martın 9-dan isə bu siyahılar hər bir seçki məntəqəsinin önündə, divarlardan asılacaq. Siyahıların yeniləşdirilmiş variantı həmçinin martın 9-da "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsində - www.infocenter.gov saytında yerləşdiriləcək. Bu sayta hal-hazırda təkrar seçkidə iştirak edən bütün namizədlər barədə məlumatlar daxil edilib.

İqbal Babayev bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsinin ikinci mərhələsi siyahılar elan olunandan sonrakı prosesi əhatə edəcək. Yəni, siyahılarda adlarını tapmayan vətəndaşlar "Seçkilər" İnformasiya Mərkəzinə, seçki məntəqələrinə müraciət edərək adlarını siyahılara daxil etdirə bilərlər. Səsvermə gününə 35 gün qalmışadək - aprelin 9-a qədər siyahılarda bu gür düzəlişlər, əlavə və dəyişikliklər aparılacaq. Lakin bu müddətdən sonra vətəndaşlar yalnız məhkəməyə müraciət edərək adlarını siyahılarında bərpa etdirə bilərlər.

Xəbər lenti

Xəbər lenti