...

İqbal Ağazadə: "Müxalifətin Koordinasiya Mərkəzinin formalaşdırılması ilə bağlı 9 partiya arasında danışıqlar aparılır"

Siyasət Materials 7 Mart 2006 11:05 (UTC +04:00)

Müxalifətin Koordinasiya Mərkəzində 9 müxalifət partiyanın təmsil olunması nəzərdə tutulur. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Millət vəkili onu da qeyd edib ki, hazırda danışıqlar nəzərdə tutulan partiya rəhbərləri ilə aparılır. Danışıqların nə vaxt başa çatacağı ilə bağlı hələlik heç bir məlumat verməyən İ.Ağazadə MKM-nin formalaşdırılmasına mane olan amillərin olduğunu da qeyd edib. Bildirib ki, müxalifət partiyaları arasında yaranan münasibətlər MKM-nin formalaşdırılmasını çətinləşdirir. Buna görə də adıçəkilən mərkəzin fəaliyyət göstərməsi bir qədər gecikir.

MKM-nin ad məsələsinə toxunan İ.Ağazadə bununla da bağlı müzakirələr aparılmadığını qeyd edib. Bir neçə gün ərzində mərkəzin əsasnaməsinin hazırlanacağını deyən millət vəkili ad məsələsinin də həll olunacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti