...

Parlamentin aqrar siyasət daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 7 Mart 2006 17:46 (UTC +04:00)

Martın 7-də Milli Məclisin aqrar siyasət daimi komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.

Bu barədə adıçəkilən komissiyanın sədri Eldar İbrahimov komissiya üzvlərinə məlumat verdikdən sonra "Torpaq icarəsi haqqında" qanuna təklif edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Rəy və təkliflər bildirildikdən sonra adıçəkilən qanun layihəsinin parlamentin növbəti iclaslarında müzakirəsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti