2006-cı il martın 7-də ömrünün 80-ci ilində Azərbaycanın məşhur iqtisadiçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Aqil Əlirza oğlu Əliyev vəfat edib. Trend in məlumatına göər, bu hadisə ilə bağlı yayılmış nekroloqu prezident İ.Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri O.Əsədov, prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər imzalayıb.
Nekroloqda həmçinin, bildirilir ki, o, 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. A.Əliyev iqtisadiyyat elmini zənginləşdirib. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatlar, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə həsr olunan aktul problemlərinn öyrənilməsi mühüm rol oynayır.
A.Əliyev Azərbaycanın elmi-texniki inkişafında kompleks proqramların işlənməsində bidavasitə iştirak edib, əhalinin səhhətinin mühafizəsi ilə əlaqədar iqtisadi problemlərin təhlili üzərində tədqiqat işləri aparıb, respublikada məhsuldar qüvvələrin inkişafı sxeminin hazırlanmasının müəlliflərindən biri olub. Alimin sosial irəliləyişlərin əldə olunmasında iqtisadi islahatların rolu ilə bağlı olan tədqiqatları, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Aqil Əliyev məhsuldar elmi fəaliyyəti ilə bağlı yüksək ixtisaslı kadrların hazırlanmasında və elmin təşkilində də bir çox işlər göndərib. Yüksək səviyyəli kadrların hazırlanmasında xidmətlərinə görə, o, 1981-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
İqtisadçı alim Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının yüksək mükafatı "Şöhrət" ordeni ilə təltif olunub.