...

Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ABŞ-ın Cənubi Karolina əyalətində səfərdədir

Siyasət Materials 13 Mart 2006 18:10 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyi nümayəndələrindən və məhkəmə hakimlərindən ibarət qrup ABŞ-ın Cənubi Karolina əyalətində səfərdədir. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-Analitik İdarəsinin rəisi Azər Cəfərov məlumat verib.

Hüquqşünaslarımızdan ibarət qrupun Cənubi Karolinaya səfərində məqsəd həmin ölkənin ədliyyə və məhkəmə sistemi ilə tanışlıq, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsi aparmaqdan ibarətdir. "Azərbaycanda məhkəmə etikası ilə bağlı müzakirələrin aparıldığı bir zamanda hüquqşünaslarımızın ABŞ məhkəmə təcrübəsinə yiyələnməsi müsbət haldır. Bu səfər ölkəmizdə məhkəmə sahəsindəki islahatların sürətlənməsinə təkan vermiş olacaq" - deyə A.Cəfərov bildirib.

İdarə rəisinin sözlərinə görə, 9 nəfərdən ibarət qrup Cənubi Karolinada qalacağı 6 gün ərzində əsasən bələdiyyələrlə bağlı məhkəmə proseslərini müşahidə edəcək və təcrübə toplayacaq.

Xəbər lenti

Xəbər lenti