...

Dünya Azərbaycanlıları Konqresi Sədr Aparatının martın 17-də iclası keçiriləcək

Siyasət Materials 15 Mart 2006 18:53 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti Dünya Azərbaycanlılarının II qurultayında iştirak etmək məqsədilə martın 15-də Azərbaycana gəlib. Bu barədə Trend ə DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib.

Ə.Nicat onu da vurğulayıb ki, C.Derəxtinin səfər proqramında dövlət və siyasi partiya rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Ə.Nicat bildirib ki, sözügedən qurultayda iştirak etmək üçün C.Derəxti ilə birgə DAK-ın 15-ə qədər nümayəndəsi də Bakıya gəlib.

DAK rəsmisi qurumun Sədr Aparatının martın 17-də Bakıda növbəti iclasının keçiriləcəyini də bildirib. Qeyd edib ki, iclasda DAK-ın gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunmaqla yanaşı, proqram qəbul olunacaq. İclasda DAK Məclisi üzvlərinin iştirak edəcəyini deyən Ə.Nicat C.Derəxtinin martın 22-də Azərbaycanı tərk edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti