...

İlham Əliyev : "Azərbaycan regional inkişafda ən fəal oyunçudur"

Siyasət Materials 16 Mart 2006 13:44 (UTC +04:00)
İlham Əliyev : "Azərbaycan regional inkişafda ən fəal oyunçudur"

"Biz Azərbaycanın qüdrətli dövlətə çevrilməsini, Azərbaycan xalqının sülh şəraitində və firvan yaşamasını istəyirik". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayının açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanın neft strategiyası uğurla həyata keçirilir və cari ildə Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum boru kəmərinin inşası başa çataraq istismara veriləcək. Prezident qeyd edib ki, Azərbaycanın enerji xammalının dünya və Avropa bazarlarına nəqlinə başlandıqdan sonra ölkə xeyli gəlir əldə edəcək, o cümlədən "regionda, qitədə və bütövlükdə dünyada" mövqeyi genişlənəcək.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan regional inkişafda ən fəal oyunçudur və onun iştirakı olmadan nə siyasi, nə iqtisadi, nə də enerji və nəqliyyat layihələri gerçəkləşdirilə bilməz. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmiryolu magistralının inşası layihəsi əsas vəzifələrdən biridir və "biz buna nail olacağıq". Bu, Azərbaycan və Türkiyə arasında daşımaların həcminin atmasına gətirib çxaracaq və bununla yanaşı, işğalçı Ermənistanı regional nəqliyyat kommunikasiyalarından təcrid edəcək. Biz heç zaman imkan verməyəcəyik ki, ərazilərimizi işğal etmiş ölkə regionda əməkdaşlıq həyata keçirsin", - deyə dövlət başçısı əlavə edib.

Azərbaycan özünün iqtisadi və hərbi potensialını inkişaf etdirməli, siyasi imkanlarını artırmalıdır. Bu istiqamətdə və həmçinin, dünyada təbliğatın aparılması, reallıqların çatdırılması, xarici ölkələrin ictimai-siyasi həyatda fəal iştirakda Azərbaycan diasporu böyük rol oynayır", - deyə dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti