...

DİP sədri MDİ-nin Azərbaycan üzrə direktoru ilə görüşüb

Siyasət Materials 16 Mart 2006 15:39 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə martın 16-da ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Emi Şultsla görüşüb. Trend xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, partiya quruculuğu, parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıq məsələləri müzakirə olunub.

Demokratik İslahatlar Partiyası ilə MDİ arasında əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.

A.Mollazadə həmin gün partiyanın Sumqayıt şəhər təşkilatının bir qrup fəalı ilə görüşüb. Görüşdə 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrara seçkilərlə bağlı məsələlər müzakirə olunub. Burada partiyadan olan deputatlığa nəmizədlərin seçki kampaniyasının təşkili, partiya fəallarının bu istiqamətdə gördüyü işlər, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, adıçəkilən partiyanın Sumqayıt şəhər təşkilatından 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Yusif Salmanovun və 44 saylı Sumqayıt-Abşeron dairəsindən Tofiq Yadigarovun namizədliyi MSK tərəfindən təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti