...

AŞ-nin İnsan Haqları və Hüquq Məsələləri Komitəsinin sədr müavini Bakıya gələcək

Siyasət Materials 17 Mart 2006 16:44 (UTC +04:00)

Avropa Şurasının İnsan Haqları və Hüquqi Məsələlər Komitəsinin sədr müavini, AŞ-nin Monitorinq Komitəsinin üzvü Eduard Linkner martın 19-da Bakıya gələcək. Trend in məlumatına görə, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümaynədə heyətinin sədri Eduard Linkner iki gün ərzində Bakıda olacaq, ölkə prezidenti İlham Əliyevin, Milli Məclisin spikeri Oqtay Əsədovun qəbulunda olacaq. Həmçinin Azərbaycanın baş prokuroru, millət vəkilləri və digər dövlət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək.

Martın 20-də AMEA-nın İnsan Hüquqları İnstitununun direktoru Rövşən Mustafayevlə, Azərbaycanın müxalifət partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, o cümlədən Siyasi məhbus Problemi üzrə İctimai Şuranın rəhbərliyi ilə görüşəcək.

Avropa Şurasının nümayəndəsi həmin gün Bakıdakı həbsxanaların birində olacaq və monitorinq aparacaq. Sonra Siyasi məhbus Problemi üzrə İctimai Şuranın ofisində jurnalistlərlə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti