...

AMİP gəncləri payız aylarında Norveçə gedəcək

Siyasət Materials 22 Mart 2006 13:25 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının bir qrup üzvü payız aylarında Norveçə 5 günlük səfər edəcək. Bu barədə Trend ə AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Qeyd edək ki, AMİP Gənclər Təşkilatı Beynəlxalq Demokratlar İttifaqına (BDİ) üzv olan partiyaların gənclər təşkilatlarını özündə birləşdirən Beynəlxalq Gənc Demokratik İttifaqı (BGDİ) və Nordinq Ölkələri Gənclər Təşkilatları arasında imzalanan sazişə əsasən, birgə layihənin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Layihədə əsas məqsəd gənclər təşkilatları arasında təcrübə mübadiləsini, gənclər siyasi proseslərə cəlb olunması və siyasi aktivliyin artırılması ilə bağlı müzakirələrin aparılması, həmçinin seçki təcrübəsinin öyrənilməsindən ibarətdir.

Ə.Orucov bildirib ki, layihənin birinci hissəsi aprel ayında Azərbaycanda həyata keçiriləcək və bu layihə çərçivəsində BGDİ və Nordinq Ölkələri Gənclər Təşkilatlarının parlamentdə təmsil olunan gənc parlamentariləri ölkəmizdə 5 günlük səfərdə olacaqlar. Növbəti mərhələdə, yəni payız aylarında isə AMİP gənclərindən ibarət nümayəndə heyəti Norveçə 5 günlük səfər edəcək. AMİP rəsmisi qeyd edib ki, gənclərin səfərlərində məqsəd treninqlərdə iştirak etməkdir.

Xəbər lenti

Xəbər lenti