...

Məşvərət Məclisinin 3 namizədi YAP-ın vahid namizədlərinin xeyrinə geri çəkilib

Siyasət Materials 22 Mart 2006 15:23 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisinin (MM) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edən 3 namizədi hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədlərinin xeyrinə geri çəkilib. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bildirib ki, ümumiyyətlə, təkrar seçkilərdə YAP-ın vahid siyahısı üzrə olan namizədlərin dəstəklənməsi ilə bağlı Məşvərət Məclisinin qərarı var: "Artıq Gədəbəy, Sumqayıt-Abşeron və Binəqədi seçki dairələrindən namizədlərimiz YAP-ın vahid namizədlərinin xeyrinə geri çəkiliblər". M.Əlizadə qeyd edib ki, Məşvərət Məclisinin seçki qərargahı hakim partiyanın vahid namizədlərinin təbliğat və təşviqat kampaniyasına dəstək verir.

Məclis sədri həmçinin onu da vurğulayıb ki, mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə gələn ayın ortalarında respublikanın müxtəlif bölgələrində elmi-praktik konfranslar keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti