...

Cioti Svarup Pande: Bakı-Dehli aviareyslərinin ləğv edilməsi əlaqələrimizin inkişafına mənfi təsir edir

Siyasət Materials 23 Mart 2006 14:16 (UTC +04:00)

Bakı ilə Dehli arasında birbaşa aviasiya reyslərinin dayandarılması Azərbaycanla Hindistan arasında əlaqələrin inkişafına mənfi təsir edir. Trend in məlumatına görə, bu barədə martın 23-də Hindistanın Bakıdakı səfiri Cioti Svarup Pande Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu cür addım ilk növbədə iqtisadi əlaqələri zəiflədir, eləcə də turizm sahəsində əməkdaşlığın inkişafında əks olunur.

Diplomat həmçinin qeyd edib ki, bu gün Hindistan hökuməti "açıq səma" siyasəti yürüdür ki, bu da xarici şirkətlər üçün xüsusi güzəştlər nəzərdə tutur. "Bu gün Hindistanda laynerlərin çatışmazlığı mövcuddur və yerli şirkətlər təcili şəkildə yeni təyyarələr alır. Düşünürəm ki, yaxın illər ərzində bu problem həll olunacaq və biz özümüz Bakıya reyslər təşkil edə biləcəyik", -deyə Cioti Svarup Pande bildirib.

Səfir qeyd edib ki, "açıq səma" siyasəti xarici aviadaşıyıcılara, eləcə də Rusiyanın "Aeroflot" şirkətinə böyük mənfəət gətirəcək. "Ümidvaram ki, yaxın vaxtlarda reys yenidən bərpa olunacaq", -deyə diplomat bildirib.

Xatırladaq ki, 2006-cı ilin fevralında "Azərbaycan Aviaxətti" (AZAL) bir sıra beynəlxalq aviareyslərin, o cümlədən, Bakı-Dehli marşrutunun ləğv edildiyini elan edib və öz qərarını "dizel yanacağının daxili qiymətlərinin artırılması barədə qərarla" izah edib.

Xəbər lenti

Xəbər lenti