...

Cənubi Qafqaz PA-nın toplantısı aprel ayında Berlində keçiriləcək

Siyasət Materials 23 Mart 2006 17:14 (UTC +04:00)

Cənubi Qafqaz Parlamentlərarası Assambleyanın martın sonlarında nəzərdə tutulan toplantısı təxirə salınıb. Bu barədə Trend ə Cənubi Qafqaz Parlamentlərarası Assambleyasının Azərbaycan üzrə təşəbbüs qrupunun üzvü, millət vəkili Zahid Oruc bildirib.

Z.Oruc qeyd edib ki, martın əvvəllərində Cənubi Qafqaz PA-nın Rəyasət Heyətinin Gürcüstanda geçirdiyi iclasında qərara alınıb ki, assambleyanın toplantısı aprel ayında Almaniyanın paytaxtı Berlində keçirilsin: "Toplantıda Cənubi Qafqaz ölkələri arasında müxtəlfi sahələr üzrə inteqrasiya məsələləri müzakirə olunacaq". Millət vəkili onu da bildirib ki, belə toplantılar Böyük Britaniyanın "Link" təşkilatının birbaşa təşəbbüsü ilə həyata keçirilir. Bu işdə Almaniyanın "Konrad Adenaur" Fondu da "Link" təşkilatına yardımçı olur.

Z.Oruc onu da vurğulayıb ki, "Sülh şərtləri və gələcəyə baxış" mövzusu geniş müzakirə obyekti olacaq. Azərbaycanı bu toplantıda Cənubi Qafqaz PA-nın təşəbbüs qrupunun rəhbəri millət vəkili Səyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə 9-a yaxın millət vəkili daxildir. Z.Orucun sözlərinə görə hər bir millət vəkili toplantıda çıxış etmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti