...

MSK 125 seçki dairəsindən 119-nun yeni tərkibini formalaşdırıb

Siyasət Materials 25 Mart 2006 12:54 (UTC +04:00)

Ölkə üzrə 125 seçki dairəsindən 119-nun tərkibi yenidən formalaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, tərkibi yenidən formalaşdırılmayan 6 dairə qalıb. Gələn həftə keçiriləcək MSK-nın iclaslarında həmin dairələrin də tərkibi seçiləcək.

Qeyd edək ki, ölkədə ötən il keçirilmiş parlament seçkisindən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün seçki dairələrinin tərkibi yenidən formalaşdırılır. Hər bir seçki dairəsində 9 nəfər üzv olur, hazırda isə MSK daiərlərə yalnız 7 nəfəri təsdiq edir. Hər dairəyə qalan iki nəfər üzv isə 13 mayda keçiriləcək təkrar parlament seçkisindən sonra seçiləcək.

Xəbər lenti

Xəbər lenti