...

Peter Semnebi: Avropa Birliyi Dağlıq Qarabağ probleminin həllində bilavasitə iştirak edəcək

Siyasət Materials 25 Mart 2006 14:48 (UTC +04:00)
Peter Semnebi: Avropa Birliyi Dağlıq Qarabağ probleminin həllində bilavasitə iştirak edəcək

Avropa Birliyi (AB) Dağlıq Qarabağ probleminin həllində bilavasitə iştirak edəcək. Trend in ATI telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Peter Semnebi bildirib.

"Cənubi Qafqazda münaqişələrin nizamlanması Avropa Birliyinin prioritetlərindən biridir. Bu, təşkilatın problemli məsələlərin həllinə daha fəal cəlb olunması üçün siqnaldır", -deyə P. Semnebi "Azadlıq" radiostansiyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, AB-nin bu məsələ üzrə mandatı genişlənir və oraya münaqişəli vəziyyətlərin həlli məsələsi daxildir.

"Əgər münaqişə həll olunmamış qalarsa, Ermənistan təcrid olunmuş vəziyyətdə qala bilər", - deyə İsveç diplomatı bildirib.

Bununla yanaşı, P.Semnebi erməni-Azərbaycan münaqişəsinin hərbi yolla həllinə çağırışlarla bağlı da narahatlığını gizlətməyib. "Münaqişənin hərbi yolla həlli ciddi nəticələrə gətirib çıxara bilər. Respublikaya investisiyaların axını kəskin azala bilər",- deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti