...

Mirmahmud Mirəlioğlu Klasski Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilib

Siyasət Materials 27 Mart 2006 10:35 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassikilər) martın 26-da keçirdiyi beşinci qurultayında adını dəyişərək Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası olub. Trend xəbər verir ki, AXCP-nin (k) keçirdiyi qurultayda 65 rayon təşkilatından 258 nümayəndə iştirak edib.

Sədr M.Mirəlioğlu partiyanın 2003-2006-cı illər fəaliyyəti ilə bağlı hesabat verib. Onun hesabatı partiyanın Ali Məcxlisinin sədri Zəlimxan məmmədli tərəfindən bir qədər təndiq edilib. Partiyanın bir sıra rayon təşkilatı rəhbərlərinin çıxışlarından sonra AXCP-nin (k) adının dəyişdirilb Klasski Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) adlandırılması təklifi səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra yeni partiyanın təsis qurultayı keçirilib. Sədarət, say, katiblik, mandat komissiyaları təsdiqləndiqdən sonra M.Mirəlioğlu gündəliyi təqdim edib. Gündəliyə yeni partiyanın təşəbbüs qrupunun hesabatı, məramnamə və nizamnaməsinin təsdiqi, sədrin seçilməsi, cari məsələlər daxil edilib. Müzakirələrdən sonra Klasski Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edilib. M.Mirəlioğlu isə Z.Məmmədli sədrliyə namizədlikləri irəli sürürlsə də, Z.Məmmədli namizədliyindən imtina edib. Səsvermə nəticəsində Mirmahmud Mirəlioğlu KAXCP-nin sədri seçilib.

Xəbər lenti

Xəbər lenti