...

Azərbaycan və Moldovanın idman nazirləri qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalayıblar

Siyasət Materials 27 Mart 2006 18:43 (UTC +04:00)

Trend-i buradan izləyin

Moldovanın maarif, gənclər və idman naziri Viktor Tsvirkun Bakıya səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalayıb.

Trend in xəbər verdiyi kimi, sənəddə hər iki ölkə mütəxəssislərinin elmi-praktiki konfranslarda, seminarlarda iştirak imkanları, gənclər üçün yay düşərgələrinin təşkili, "Sən Azərbaycan və Moldova haqqında nə bilirsən?" adlı müsabiqə keçirilməsi, Pekində keçiriləcək Olimpiadaya birgə hazırlıq, SPİD-lə mübarizə sahəsində əməkdaşlıq, gənclər təşkilatlarının və tələbə hərəkatının işinin möhkəmləndirilməsi öz əksini tapıb.

Qeyd etmək lazımdır ki, Bakıya səfəri zamanı V.Tsvirkun T.Bəhramov adına Respublika stadionuna, Milli Olimpiya Komitəsinin inzibati binasında fotosərgiyə və taekvondo mərkəzinə baş çəkib.

Xəbər lenti

Xəbər lenti