...

QİƏT PA-nın payız iclasları Azərbaycanda keçiriləcək

Siyasət Materials 29 Mart 2006 16:09 (UTC +04:00)

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 28-ci Baş Assambleyasının payız iclasları Azərbaycanda keçiriləcək. Təşkilatın katibliyindən Trend ə verilən məlumata görə, bu qərar QİƏT PA-nın 2006-cı il üçün tədbirlər təqviminin tərtib olunması zamanı qəbul edilib.

Belə ki, noyabrın 21-dən 23-dək Bakıda təşkilatın 3 mühüm tədbiri keçiriləcək. Noyabrın 21-də iki tədbirin - Baş Assambleyanın Bürosunun 35-ci iclası və Daimi Komitənin 28-ci iclasının keçirilməsi planlaşdırılır. Noyabrın 22-23-də isə Bakıda QİƏT PA-nın Baş Assambleyasının plenar sessiyası keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya və Çernoqoriya, Ukrayna və Ermənistan təşkilata üzv ölkələrdir, bir sıra beynəlxalq təşkilatlar isə burada müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti