...

Səyavuş Novruzov: Azərbaycanda siyasi mərkəzlərin yaradılmasına böyük ehtiyac var

Siyasət Materials 30 Mart 2006 14:19 (UTC +04:00)

Azərbaycanda siyasi mərkəzlərin yaradılmasına böyük ehtiyac var. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov jurnalistlərə bildirib.

S.Novruzov onu da vurğulayıb ki, dünyanın ayrı-ayrı ölkələrində politoloqlar, siyasi analitiklər vəzifələrindən aralandıqdan sonra belə mərkəzlər yaradıb öz fəaliyyətlərini davam etdirirlər: "Mən hesab edirəm ki, Prezident Aparatı, Milli Məclisin nəzdində də belə mərkəzlər yaradılmalı və bu mərkəzlər tərəfindən müxtəlif sahələr üzrə tövsiyələr hazırlanmalıdır".

YAP rəsmisi belə tövsiylərin siyasi vəziyyətin stabilləşməsində və yaxud da hər hansı bir baxışın cəmiyyətdə formalaşmasında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti