...

Mayın 11-12-də Moskvada "Sosintern"in növbəti toplantısı keçiriləcək

Siyasət Materials 31 Mart 2006 11:40 (UTC +04:00)

"Sosialist İnternsionalı" ("Sosintern") beynəlxalq təşkilatının mayın 11-12-də Moskvada növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə adıçəkilən təşkilatın üzvü Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.

Onu da bildirək ki, toplantının keçirilməsi martın sonu, aprelin əvvəlrinə planlaşdırılmışdı. Müəyyən səbəblər üzündən toplantı mayda keçiriləcək.

A.Əlizadə bildirib ki, toplantı "Sosintern"in Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi və Cənubi Qafqaz ölkələri Komitəsinin təşəbbüsü ilə keçiriləcək. Dəyirmi masa ətrafında bir sıra məsələlərin müzakirə ediləcəyini deyən ASDP həmsədri Azərbaycandakı istimai-siyasi vəziyyət və Dağlıq Qarabağ problemi barədə danışacaqlarını vurğulayıb.

Onu da qeyd edək ki, Moskvada keçiriləcək toplantıda ASDP-nin digər həmsədri Ayaz Mütəllibov da iştirak edəcək. Aprelin ikinci ongünlüyündə isə Fransanın paytaxtı Paris şəhərində "Sosintern" Şurasının növbəti toplantısı, 2007-ci ilin əvvəllərində isə Konqresinin növbəti toplantısı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti