...

Əfşar Süleymani: "Azərbaycanda iranlıların daşınmaz əmlak alması iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf amilidir"

Siyasət Materials 31 Mart 2006 14:24 (UTC +04:00)

30-40 nəfər İran vətəndaşının Bakıda mənzil alması iranlıların Azərbaycana ümumi köçməsi demək deyil". Trend in xəbər verdiyi kimi, bu barədə martın 31-də jurnalistlərlə söhbətində İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bəyan edib.

"İranın 70 milyon əhalisi var və onlarla iranlının Azərbaycana gəlişi tamamilə normal tendensiyadır", - deyə iranlı diplomat qeyd edib.

Ə.Süleymani onu da bildirib ki, Azərbaycanda daşınmaz əmlak almaq da "normal tendensiya"dır. "Bu faktlar bir neçə il əvvəl də var idi. Bu isə iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsi ilə bağlıdır. "Novruz" bayramında (21 mart) təkcə Naxçıvan Muxtar Respublikasına 15-20 min nəfər İran vətəndaşı gəlib. Bu məsələ ilə bağlı ajiotaj yaratmaq yersizdir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti