...

Vyatautas Nauduzas: Litva Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Siyasət Materials 31 Mart 2006 18:07 (UTC +04:00)

"Litva Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır". Trend bildirir ki, bu fikri martın 31-də Litvanın Azərbaycandakı yeni səfiri Vyatautas Nauduzas ölkənin Milli Məclisinin (parlament) spikeri Oqtay Əsədovla görüşündə səsləndirib.

Onun sözlərinə görə, Litva Cənubi Qafqaz regionunda Azərbaycanın rolunu yüksək qiymətləndirir. O, bildirib ki, yaxın vaxtlarda Litva prezidenti Valdas Adamkus Bakıya gələcək. "Həmin səfər Litva-Azərbaycan əməkdaşlığının inkişafında yeni səhifə açacaq"-deyə V. Nauduzas qeyd edib.

Öz növbəsində, spiker O. Əsədov ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildiririb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti