...

Yuri Merzlyakov: ATƏT-in Minsk qrupunun həmsədrləri mayda Dağlıq Qarabağ münaqişəsi regionuna gələ bilər

Siyasət Materials 3 Aprel 2006 15:17 (UTC +04:00)
Yuri Merzlyakov: ATƏT-in Minsk qrupunun həmsədrləri mayda Dağlıq Qarabağ münaqişəsi regionuna gələ bilər

ATƏT-in Minsk qrupunun həmsədrləri mayda Dağlıq Qarabağ münaqişəsi regionuna gələ bilər. Bu barədə eksklüziv olaraq Trend ə ATƏT-in Minsk qrupunun (MQ) rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

O, qeyd edib ki, yaxın vaxtlarda MQ-nin fransalı həmsədri Bernar Fasye regiona səfər edəcək. Bundan başqa, apreldə Ermənistan XİN başçısı V.Oskanyan Moskvaya, Azərbaycan XİN başçısı E.Məmmədyarov isə Vaşinqtona səfər etmək niyyətindədir. Bu səfərlər zamanı sülh danışıqları prosesinin hazırkı mərhələsi müzakirə ediləcək, atılacaq addımlar müəyyən ediləcək.

Y.Merzlyakovun sözlərinə görə, MQ vasitəçilərinin Vaşinqton və İstanbuldakı məsləhətləşmələrindən sonra danışıqlar prosesi davam etdirilir, məsləhətləşmələr aparılır, işgüzar görüşlər həyata keçirilir. O, qeyd edib ki, sonrakı addımlar və həmsədrlərin regiona səfərinin dəqiq tarixi planlaşdırılan görüşlərin yekunlarına əsasən müəyyən ediləcək.

Y.Merzlyakov qeyd edib ki, son həftələr ərzində məsləhətləşmələrdə, o cümlədən ATƏT MQ həmsədrlərinin martın 20-də İstanbulda keçirilmiş görüşündə iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti