Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə əlaqədar səsvermə hüququ olan vətəndaşalra seçici siyahıları paylanacaq. Trend in məlumatına görə, bu barədə martın 4-də Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında açıqlama verilib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, ötən il 6 noyabrda keçirilmiş parlament seçkilərində hər bir seçicinin evinə seçici vəsiqələri çatdırılırdı. Bu vəsiqələr hər bir vətəndaşın seçici siyahılarında adının olub-olmadığını bilməsinə də şərait yaradırdı. Belə ki, seçici vəsiqəsi almayan şəxs seçki məntəqəsinə müraciət edərək siyahıda adının olub-olmadığını öyrəyə və adını siyahıya saldıra bilər. Təkrar parlament seçkisində də bu prosedura təkrarlanacaq və seçki günündən əvvəl səsvermə hüququ olan vətəndaşlara bu vəsiqələr çatdırılacaq.