...

AMİP Avropa Xalq Partiyasında müşahidəçi qismində təmsil olunacaq

Siyasət Materials 5 Aprel 2006 15:58 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Avropa Xalq Partiyasının dəvəti ilə İtaliyada rəsmi səfərdə olub. Trend in məlumatına görə, bu barədə aprelin 5-də mətbuat konfransı keçirən Etibar Məmmədov özü açıqlama verib. O bildirib ki, Avropanın 35 ölkəsindən 60-dan çox siyasi partiyanı özündə birləşdirən və Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının (AXP) qurultayında iştirak edib. Qurultayda partiyanın yeni prezidenti seçilib, bir sıra məsələlərə dair müzakirələr aparılıb.

E.Məmmədov AMİP-in Avropa Xalq Partiyası ilə əməkdaşlığı barədə müzakirələr aparıb. AMİP-in bu partiyada müşahidəçi qismində təmsil olunması barədə razılığa gəlinib. Qeyd edək ki, Avropa Birliyinin üzvü olmayan ölkələrin siyasi partiyaları AXP-də müşahidəçi qismində təmsil olunurlar.

E.Məmmədov səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşüb, Avropa Parlamentinin nümayəndələri ilə söhbətlər aparıb. Bu görüşlərdə o, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda guya erməni qəbirlərinin dağılması ilə bağlı Avropa Parlamentinin çıxardığı qərara etirazını bildirib. AMİP lideri ermənilərin uydurduğu məlumatlar əsasında Avropa Parlamenti tərəfindən çıxarılan bu qərarın yanlış və qeyri-obyektiv olduğunu diqqətə çatdırıb, bu məsələnin Avropa Parlamentinin komissiyalarında yenidən müzakirəyə çıxarılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti