...

Hacıkənd meşələrinin bərpasına başlanılıb

Siyasət Materials 5 Aprel 2006 17:05 (UTC +04:00)

Hollandiyanın "Avalon" fondu ilə Xanlar meşə mühafizə və bərpa müəssəsi Hacıkənd ərazisində yeni layihə həyata keçirir. Layihə Azərbaycanda səhralaşma və erroziyanın qarşısını almaq yönündə işlərdən ibarətdir. Bu məqsədlə Hacıkənd ərazisində məhv edilən meşə massivinin bərpasına başlanılıb.

Artıq ərazidə 5000-ə yaxın gövrüc, şam və palıd ağacları əkilib. Müəssənin direktoru İqbal Əliyevin dediklərinə görə, layihənin ilkin mərhələsi uğurla başa çatarsa, gələcəkdə bu işi daha da genişləndirəcəklər. Mütəxəssislər qeyd edirlər ki, əgər Hacıkənd meşələrinin məhvinin qarşısı alınmasa və yeni meşə massivləri salınmasa, yaxın 5 il ərzində ərazidə yer sürüşmələri və digər təbii xoşagəlməz hadisələr baş verə bilər.

Xəbər lenti

Xəbər lenti