...

BAXCP Ali Məclisinin toplantısında struktur dəyişiklikləri olacaq

Siyasət Materials 5 Aprel 2006 17:26 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin aprelin 24-də toplantısı keçiriləcək. Bu barədə Trend ə BAXCP-nin xarici məsələlər üzrə katibi Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, toplantının məhz həmin tarixə təsdüf etməsi aprelin 24-nün partiya tərəfindən cəmiyyətə təqdim edilən xilaskar türk əsgərinin anma mərasimi kimi qeyd olunmasıdır: "Aprelin 24-nü ermənilər qondarma soyqırım kimi qeyd edirlər. Ancaq bu tarix əslində azərbaycanlıların soyqırımdan xilası günü kimi qeyd olunmalıdır ki, bunu da türk əsgəri həyata keçirib". E.Mirzəbəyli onu da qeyd edib ki, Ali Məclisin toplantısından öncə aprelin 24-ü partiya üzvləri Şəhidlər Xiyabanındakı xilaskar türk əsgərinin şərəfinə ucaldılan xatirə memorialının qarşısında anım toplantısı keçirəcəklər.

BAXCP rəsmisi onu da bildirib ki, Ali Məclisin toplantısında təşkilati məsələlərə də baxılacaq. Ali Məclisin yeni üzvlərinin mandatları təsdiqlənəcək. Eyni zamanda bir sıra struktur dəyişiklikləri də istisna edilmir.

Xəbər lenti

Xəbər lenti