Səudiyyə Ərəbistanın terrorizmə qarşı mövqeyi həddindən artıq aydın, obyektiv, konkret və birmənalıdır. Bu mövqe Ər-Riyadın BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə ilə bağlı qəbul etdiyi bütün qətnamələri dəstəkləməsində də özünü aydın birüzə verir. Bu barədə Səudiyə Ərəbistanın Azərbaycandakı səfiri Əli Həsən Cəfərin Trend ə daxil olan bəyanatında bildirilir.
Səudiyyə Ərəbistanı bu təzahürlə mübarizədə dünya birliyi ilə əməkdaşlıq edir, eləcə də gələcəkdə qanunazidd məqsədləri üçün istifadəsi nəzərdə tutulan vəsaitlərin köçürülməsinə imkan verən istənilən kanalrın bağlanması üçün bütün zəruri tədbirləri görür.
Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı beynəlxalq səviyyədə terrorizmə qarşı mübarizə üzrə əhəmiyyətli sənədləri imzalayan ilk ölkələrdəndir. "BMT-yə müraciət edərək biz bütün beynəlxalq birliyin səylərini terrorizmə qarşı birləşdirməyə çağırırıq ki, nəticədə bir sıra ölkələrə yayılan terrorizmin özündən xilas ola bilərik",- deyə sənəddə bildirilir.