...

Tahir Paşa: "Müsavat Partiyasında bilirlər ki, məhkəməni mən udacağam"

Siyasət Materials 6 Aprel 2006 15:30 (UTC +04:00)

Müsavat Partiyasının keçmiş üzvü Tahir Paşa partiyanın başqanı İsa Qəmbəri və müavini Arif Hacılını məhkəməyə vermək üçün partiya sıralarından xaric edilməsi ilə bağlı Səbail rayon təşkilatının qərarını ala bilmir. Bu barədə Trend ə Jurnalist Müharibə Veteranları Assosiasiyasının sədri Tahir Paşanın özü bildirib.

Qeyd edək ki, ötən həftə Tahir Paşa ilə yanaşı Qurban Qurbanov seçkilərə müstəqil şəkildə qatıldıqlarına və Müsavatın Divanının qərarına tabe olub öz namizədliklərini partiyanın vahid namizədlərinin xeyrinə geri götürmədiklərinə görə partiya sıralarından xaric ediliblər. T.Paşa 42 saylı Sumqayıt seçki dairəsindən, Q.Qurbanov isə 9 saylı Binəqədi seçki dairəsindən namizədliklərini veriblər.

T.Paşa bildirib ki, məqsədi Müsavat rəhbərliyini məhkəməyə verməkdir: "Amma əlimdə partiya sıralarından xaric edilməklə bağlı çıxarılan qərar olmalıdır. Onlar bilirlər ki, mən məhkəməni udacam. Ona görə də qərarı mənə vermirlər. Müxtəlfi bəhanələr gətirirlər". T.Paşa qeyd edib ki, qərarı xoşluqla verməsələr, huquq-mühafizə orqanlarına müraciət edəcək".

Xəbər lenti

Xəbər lenti