...

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi İrana humanitar yardım göndərib

Siyasət Materials 6 Aprel 2006 17:53 (UTC +04:00)

Aprelin 6-da Azərbaycanın Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasında baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərə humanitar yardım göndərib. Trend in xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Mülki Müdafiə alayının xilasediciləri humanitar yük dolu avtomobil karvanı ilə İran İslam Respublikasının (İİR) təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatına və dağıntıya məruz qalan Luristan vilayətinə yola düşüb.

Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının vəsaiti hesabına təbii fəlakət zonasında zərər çəkənlərə hər biri altı nəfərlik olmaqla 150 çadır, 800 ədəd yorğan, 4500 litrdən artıq içməli su, 5 tondan artıq olmaqla 10.800 ədəd müxtəlif çeşidli konservləşdirilmiş ərzaq məhsulları göndərilib.

Humanitar yardımın operativ qaydada ünvanına çatdırılması üçün Dövlət Gömrük Komitəsi və İİR-in ölkəmizdəki səfirliyi qarşılıqlı fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti