...

Araz Əzimov: Azərbaycan iyunun əvvəlinədək KQS-nin yayılmasının qarşısının alınması üzrə G-8 Təşəbbüsünə qoşulacaq

Siyasət Materials 7 Aprel 2006 10:48 (UTC +04:00)

Yaxın gələcəkdə ekspertlər qrupu Azərbaycanın kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə G-8 Təşəbbüsünə qoşulması ilə bağlı məsələləri müzakirə etmək üçün Bakıya gələcək. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 6-da Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Şimali Amerikaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu məsələ onun Vaşinqtonda apardığı danışıqlar zamanı müzakirə olunub. "Ekspertlər vəziyyəti və bu təşəbbüsə qoşulmaq üçün zəruri addımları təhlil edəcək", - deyə nazir müavini bildirib. O əlavə edib ki, bu məsələ mayın sonu-iyunun əvvəllərində öz həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti