...

Karolin Martin: Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının 2007-ci ilin əvvələrində yaradılması nəzərdə tutulub

Siyasət Materials 7 Aprel 2006 13:02 (UTC +04:00)
Karolin Martin: Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının 2007-ci ilin əvvələrində yaradılması nəzərdə tutulub

Yerli özünüidarətmə orqanlarında islahatların aparılması Azərbaycanın qanuvercilik bazasının 2002-ci ildə Bakıda ratifikasiya edilmiş Avropa yerli özünüidarətmə Xartiyasına uyğunlaşdırılmasına imkan verəcək. Bu barədə Trend ə müsahibəsində AŞ-nin yerli və regional özünüidarətemə orqanları Konqresinin Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaradılması üzrə layihə direktoru Karolin Martin məlumat verib.

O xatırladıb ki, Azərbaycanda yerli və regional demokratiyanın inkişaf problemləri ilə bağlı Konqresin mövqeyi 2003-cü il tarixli 126-cı tövsiyədə öz əksini tapıb. "Tövsiyədə vurğulanır ki, Azərbaycanda qanunverici səylər yerli özünüidarətmə sahəsinə, xüsusilə bələdiyyələrin fəaliyyətinin hüquqi çərçivəsinin, o cümlədən bu orqanların maliyyə ehtiyatlarının müəyyən edilməsinə yönəldilməlidir.

MBA layihəsinə gəlincə, K.Martin layihənin gerçəkləşdirilməsi mərhələsini "yaxşı inkişaf edən" mərhələ kimi xarakterizə edib. O qeyd edib ki, MBA-nın yaradılması üzrə İşçi Qrupu assosiasiyanın təsis olunması və fəaliyyəti ilə bağlı konkret aspektlərin müzakirə fazasındadır. İşçi qrupunun görüşləri 2006-cı ilin sonlarınadək davam edəcək, MBA-nın isə 2007-ci ilin əvvəllərində yaradılması nəzərdə tutulur.

"MBA-nın yaradılması Azərbaycan bələdiyyələrinə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyətləri ilə bağlı aktual problemlər üzrə vahid mövqeyə gəlməyə imkan verəcək. Məhz bu, yerlərdə demokratiyanın inkişafına yeni təkan verəcək", - deyə MBA-nın layihə direktoru bildirib.

Xəbər lenti

Xəbər lenti