...

Milli Məclisdə "Veteranlar haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb

Siyasət Materials 7 Aprel 2006 14:04 (UTC +04:00)

Milli Məclisin aprelin 7-də növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, ilk müzakirə olunan məsələ "Veteranlar haqqnıda" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklərlə bağlı olub. Adıçəkilən sənədlə bağlı parlamentin sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyev millət vəkillərini məlumatlandırıfb.

O bildirib ki, müharibə və əmək veteranlarının adlarının yerli icra orqanları tərəfindən verilməsi nəzərdə tutulub. Millət vəkili sənədə biır sıra əlavə və dəyişikliklərin zəruriliyindən danışıb. Onun məlumatından sonra adıçəkilən qanun layihəsi deputatlar tərəfindən müzakirə edilib.

Milliət vəkili Elmira Axundova müharibə veteranlarına edilən güzəştlər arasındakı fərqdən danışaraq bildirib ki, Milli Qəhrəmanlara verilən güzəştlər Dağlıq Qarabağ müharibəsi veteranlarına edilən güzəştlərdən qat-qait fərqlənir. E.Axundova bildirib ki, bütün veteranlara, o cümlədən Əfqanistan müharibəsi veteranlarına da eyni səviyyədə güzəştlər tətbiq edilməlidir.

Digər çıxış edən millət vəkili İltizam Əkbərli veteran vəsiqələrinin verilməsində problemlərin yarandığından danışıb. O bildirib ki, indi saxta yolla veteran vəsiqələrini əldə edənlərin sayı çoxalıb.

Fazil Qəzənfəroqlu qanunda bəzi maddələrin düzgün əks olunmadığını söyləyib. O bildirib ki, qanunda göstərilən faşist Almaniyası, imperialist Yaponiya kimi sözlər çıxarılmalıdır.

Millət vəkili Aydın Mirzəzadə isə veteranlara vahid formada vəsiqənin verilməsi təklifini verib. O, həmçinin Əfqanistan müharibəsində həlak olanlara şəhidlik statusunun da verilməsinin zəruriliyini qeyd edib.

Digər çıxış edən deputatlar adıçəkilən qanuna əlavə və dəişikliklərin zəruriliyindən danışıblar. Müzakirələr davam edir.

Xəbər lenti

Xəbər lenti