...

Böyük Quruluş Partiyasının qurultayında müavinlik institutu və Ali Məclis formalaşdırılacaq

Siyasət Materials 10 Aprel 2006 14:48 (UTC +04:00)

Böyük Quruluş Partiyasının (BQP) iyunda keçirəcəyi növbəti qurultayında struktur dəyişikliyi ediləcək və təşkilatı məsələlərə baxılacaq. Bu barədə Trend ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu qeyd edib ki, qurultaya hazırlıqla bağlı yaradılan Təşkilat Komitəsinə özü rəhbərlik edir. Bundan başqa təşkilat komitəsinin üç katibi müəyyənləşdirilib: "Qurultaya hazırlıqla bağlı işlərimizi yekunlaşdırmaq üzrəyik. Nizamnaməyə uyğun olaraq iyunda qurultayımızı keçirib, partiyanın icra strukturunda dəyişikilik aparacağıq".

Partiya sədri onu da qeyd edib ki, yeni sədrin seçilməsi, Ali Məclisin formalaşdırılması və müavinlərin təyinatı da qurultayda aparılacaq: "Həm müxalifət, həm də iqtidar düşərgəsini təmsil edən siyasi qüvvələrin nümayəndələrini qurultaya dəvət edəcəyik".

Xəbər lenti

Xəbər lenti