...

AMİP-in 14 rayon və şəhər təşkilatının sədrləri təzələnib

Siyasət Materials 10 Aprel 2006 15:15 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 14 rayon və şəhər təşkilatına yeni sədrlər seçilib. Bu barədə Trend ə AMİP təşkilat katibi Rəşad Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, aprelin 7 və 8-də partiyanın Gəncə şəhər, Ağstafa və Babək rayon təşkilatlarında qurultaya hazırlıqla bağlı konfranslar keçirilib: "Bu təşkilatlarda da sədrlər yeniləri ilə vəzələnib". AMİP rəsmisi bildirib ki, bu günə qədər partityanın 56 rayon təşkilatında konfranslar keçirilib. Aprelin 15-də isə bir neçə rayon təşkilatında da konfranslar keçiriləcək.

Qeyd edək ki, partiyanın Bakı, Xətai, Yasamal, Sabunçu, Suraxanı, Abşeron, Qaradağ, Masallı, Lənkəran, Ağdaş, Beyləqan, Gəncə, Ağstafa və Babək rayon təşkilatının sədrləri yeniləri ilə əvəzlənib. Əzizbəyov rayon təşkilatı sədrinin də dəyişiləcəyi istsna edilmir.

R.Bayramov vurğulayıb ki, aprelin 16-a kimi konfranslar başa çatdıqdan sonra partiyanın Siyasi Şurasının iclası çağırılacaq: "Siyasi Şurada AMİP-in 9-cu qurultayının tarixi və keçiriləcəyi ünvan müəyyənləşdiriləcək. Qurultay aprelin sonu-mayın əvvəllərinə planlaşdırılıb".

Xəbər lenti

Xəbər lenti