...

BƏƏ parlamentində Azərbaycanla dostluq qrupu yaradılacaq

Siyasət Materials 12 Aprel 2006 13:05 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Milli Federal Yığıncağında (MFY) Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılacaq. Bu məsələ Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimovun MFY-nin baş katibi (icra aparatının rəhbəri) Məhəmməd Salem Əl Məzrui ilə görüşündə müzakirə olunub.

E.Səlimovun Trend ə verdiyi məlumata görə, söhbət zamanı Azərbaycan Milli Məclisində BƏƏ ilə parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərməsini baş katibin diqqətinə çatdırıb və belə bir qrupun BƏƏ parlamentində də yaradılacağına ümid etdiyini bildirib.

M.S.Əl Məzrui həm siyasi, həm də iqtisadi və mədəniyyət sahələrində mövcud olan ikitərəfli yüksək əlaqələri vurğulayaraq bunun parlamentlərarası sıx əməkdaşlıq üçün də zəmin yaratdığını qeyd edib. Baş katib Milli Məclisdə dostluq qrupunun yaradılmasını təqdir edib və əmin edib ki, belə bir qrup MFY-in yay sessiyasında da yaradılacaq. Görüşdə parlament spikerləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunacağına da ümid ifadə olunub.

M.S.Əl Məzrui BƏƏ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və ölkəmizə, qaçqın və məcburi köçkünlərə yardım və dəstək göstəməkdə davam etmək niyyətini bir daha vurğulayıb.

Xəbər lenti

Xəbər lenti