...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Koreyanın səfirini qəbul edib

Siyasət Materials 12 Aprel 2006 15:24 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 12-də Koreya Respublikasının ölkəmizdəki səfiri Mun Hayonqun rəhəbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüşdə Azərbaycanla Koreya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr müzakirə olunub.

K.Heydərov bu əlaqələrin durmadan yaxşılaşdığını bildirib. Nazir yeni yaradılan Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. K.Heydərov nazirliyin yaranmasında əsas məqsədin Azərbaycanda təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə-bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunması olduğunu bildirib.

Səfir Azərbaycanda müsbət dəyişikliklərin baş verdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti