...

Səməd Seyidov:AŞPA-nın yay sessiyasında təşkilatın Dağlıq Qarabağ üzrə təşkilatın alt komitəsinin genişləndirilmiş iclası keçiriləcək

Siyasət Materials 13 Aprel 2006 11:06 (UTC +04:00)
Səməd Seyidov:AŞPA-nın yay sessiyasında təşkilatın Dağlıq Qarabağ üzrə təşkilatın alt komitəsinin genişləndirilmiş iclası keçiriləcək

Avrolpa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin geniş tərkibdə iclası keçiriləcək. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda Trend in müxbiri ilə söhbətində bildirib. O bunları aprelin 12-də Strasburqda alt komitənin sədri lord Rassel Consonun Azərbaycan və Ermənistanın parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşünün yekunlarını şərh edərkən bəyan edib.

Eləcə də AŞPA sessiyası çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələri ilə Qarabağ münaqişəsi üzrə görüşün keçirilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti