...

Vəkil Adil İsmayılov: Ramil Səfərovla bağlı çıxarılmış hökmdən apellyasiya veriləcək

Siyasət Materials 13 Aprel 2006 21:23 (UTC +04:00)
Vəkil Adil İsmayılov: Ramil Səfərovla bağlı çıxarılmış hökmdən apellyasiya veriləcək

Budapeşt məkməsinin azərbaycanlı zabit Ramil Səfərovla bağlı çıxardığı hökm ədalətli deyil. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə vəkil Adil İsmayılov bəyan edib.

Hakim Andraş Vaşkuti tərəfindən elan olunmuş hökmdə deyilir: "Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ömürlük həbs cəzasına məhkum edilib". A.İsmayılovun sözlərinə görə, yalnız 30 ildən sonra bu qərardan şikayət verilə bilər.

Xatırladaq ki, R.Səfərov NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində 2004-cü ilin yanvar-fevral aylarında ingilis dili kurslarında iştirak etmək üçün Müdafiə Nazirliyi tərəfindən Macarıstana ezam olunmuşdu. Kursların bitməsinə bir neçə gün qalmış - fevralın 19-da o, erməni zabiti Qurgen Markaryanı balta ilə qətlə yetirib. R.Səfərov son çıxışında bəyan edib ki, o günahsızdır və bu hərəkətinə səbəb Q.Markaryanın Azərbaycanın dövlət atributunu - milli bayrağını təhqir etməsi,o cümlədən azərbaycanlıların ünvanına təhqiramiz fikirlər söyləməsi olub.

Onun sözlərinə görə, R.Səfərov və onun vəkili Budapeşt məhkəməsinin qərarından apellyasiya vermək haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti