Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri bu ölkə hökumətinin formalaşmasından sonra baş tuta bilər. Bu barədə Trend ə Azərbaycanın Ukraynadıkı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.
Onun sözlərinə görə, qarşıdakı səfər zamanı imzalanacaq sənədləri hazırlamaq üçün hökumətin formalaşması vacibdir.
S.Temirov bildirib ki, səfər zamanı hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilməlidir. İclasda hər iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmalıdır. Diplomat qeyd edib ki, Ukrayna tərəfindən komissiyanın həmsədri təyin olunsa da, onun fəaliyyəti müvəqqətidir, belə ki, yeni hökumət yarandıqdan sonra komissiyanın tərkibi dəyişəcək.