Milli QHT Forumunun aprelin 26-da keçiriləcək qurultayında forumun prezidentliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçiriləcək. Trend xəbər verir ki, bu barədə Mlli QHT forumunun 6-cı qurultayına hazırlıqla bağlı mətbuat konfransı keçirən forumun İdarə Heyətinin sədri Aydın Kərimov bildirib.
A.Kərimov bildirib ki, forumun prezidentliyinə 3, İdarə Heyətinə 30, Nəzarət Təftiş Komissiyasında təmsil olunmaq üçün isə 11 nəfər namizədliyini irəli sürüb: "Bu vaxt aprelin 20-dək uzadılıb. Qurultay zamanı da bu orqanlarda təmsil olunmaq üçün forumun istənilən üzvü namizədliyini verə bilər".
A,Kərimov onu da vurğulayıb ki, qurultayda iştirak etmək üçün 40-dan artıq ölkədə fəaliyyət göstərən diaspor nümayəndələri də dəvət olunub: "Qurultayda seçkili orqanlara keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda fəaliyyət göstərən 14 beynəlxalq təşkilata da müraciət ünavanlanıb". Onu da bildirək ki, qurultayda forumun prezidentinin, İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının hesabatı da dinləniləcək. Qurultay öncəsi yaradılan Qarabağ qrupunun da çıxışı gözlənilir.