...

Milli Məclisin növbəti iclası aprelin 21-də keçiriləcək

Siyasət Materials 18 Aprel 2006 17:49 (UTC +04:00)

Milli Məclisin növbəti iclası aprelin 21-də keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Müzakirə ediləcək məsələlər barədə isə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlundan məlumat aldıq. Millət vəkili bildirib ki, parlamentin aprelin 21-də keçiriləcək növbəti iclasında bir sıra məsələlərlə yanaşı "Teatr və teatr fəaliyyəti haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dərman vasitələri haqqında" qanun layihələri və Finlandiya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Parlamentin növbəti iclasının gündəliyi ilə bağlı isə Milli Məclisin mətbuat xidmətindən məlumatsız olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti