...

Karel de Quxt: Dondurulmuş münaqişələrin həll olunması Belçikanın ATƏT-ə sədrliyinin ilk 3 ayının prioritetidir

Siyasət Materials 20 Aprel 2006 17:54 (UTC +04:00)

Belçikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyinin ilk 3 ayında əsas prioritetlərindən biri Dağlıq Qarabağda, Dnestyanıda və Gürcüstanda "dondurulmuş" münaqişələrin həllinin asanlaşdırılması istiqamətində işlər olacaq. Trend in verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın XİN başçısı Karel de Quxtun (Karel De Gucht) 2006-cı ilin aprel ayı üzrə ATƏT-in aylıq jurnalındakı bəyanatında bildirilir.

"Bu regionlara ardıcıl səfərlər və mənim yüksək səviyyədə keçirdiyim görüşlər tərəflərin dialoqa cəlb olunmasına yönəlib və ziddiyyətlərin azalmasına konstruktiv töhfədir", -deyə Karel de Quxt bildirib.

"Biz ilin əvvəlində ATƏT-in bir sıra ölkələrində karikaturların dərc olunması ilə bağlı yaranan kəskin ziddiyyətlər tipində olan yeni meydanoxumalara daim hazır olmalıyıq. Mən bu sahələrin hər birində hadisələrin müsbət inkişafı üçün etdiyim ən yaxşı işlərə sadiq qalıram",- deyə ATƏT sədrinin bəyanatında bildirilir.

Qeyd edək ki, Karel de Quxt Cənubi Qafqaz regionuna 2006-cı il yanvarın sonlarında səfər edib.

Xatırladaq ki, Belçika Sloveniyadan sonra ATƏT-ə sədrlik edən ölkədir. 2007-ci il yanvarın 1-dən isə bu təşkilata İspanyia rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti