Trend agentliyi xəbər verir ki, aprelin 20-də tanınmış ictimai xadim Kamran Əsəd oğlu Hüseynov ömrünün 93-cü ilində vəfat edib.
Azərbaycanın neft sahəsində fəaliyyətə başlamış K.Hüseynov bir sıra məsul dövlət vəzifələrində çalışıb. Xüsusilə, 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub, 1980-ci ildən 1993-cü ilədək isə Ticarət və Sənaye Palatasının sədri işləyib.
Xidmətlərinə görə K.Hüseynov müxtəliv medal və ordenlərlə, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı "Şöhrət" ordeni ilə təltif olunub.
Vida mərasimi aprelin 21-də saat 13.00-dan 15.00-dək Şəhriyar adına mərkəzdə keçiriləcək.
Nekroloq Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclis sədri Oqtay Ağayev, Prezidentin İcra Apparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən imazalanıb.