Aperlin 21-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Trend xəbər verir ki, iclasın gündəliyinə 10 məsələsinin müzakirəsi daxil edilib. Birinci məsələ - "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında" qanunun layihəsi barədə parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova xəbər veib.
Komissiya sədri sənədin ikinci oxunuşunun müzakirəsi zamanı millət vəkilləri tərəfindən təklif olunan əlavə və dəyişikliklərin sənəddə öz əksini tapdığını bildirib. Sənəd səs qoyurlaraq qəbul edilib.
İkinci məsələ - Azərbaycanla İslandiya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş protokolunun təsdiq edilməsi barədə iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, məlum sənədin qəbul edilməsi dövlətlərar arasında iqtisadi sahədə əməkdaşlığı daha da inkişaf etdiriləcək. Sənəd səsə qoyularaq qəbul edilib.
Üçüncü məsələ - Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişiklik edilməsi haqqında regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məlumat verib. O bildirib ki, sənəddə Tərtərdən Yevlaxa 112 hektar, Ağcabədidən Beyləqana isə 500 hektar torpaq sahəsi verilməsi nəzərdə tutulub. Sənəd müzakirədən sonra qəbul olunub.
Dördünccü məsələ - "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, 10-20 il daxili orqanlarda çalışan əməkdaşlara medal təqdim edilcək. Medalın 3 dərəcəsi müəyyənləşdirilib: 20 il xidmətə görə - 1-ci dərəcəli medal, 15 il xidmətə görə - 2-ci dərəcəli, 10 il xidmətə görə isə 3-cü dərəcəli medal. Bu məslə ilə bağlı millət vəkillərinin arasında geniş müzakirə aparılıb. Aydın Mirzəzadə mendalın adında dəyişiklik edilməsi təklifini verib. O bildirib ki, bu adda qüsursuz sözü fədakər sözü ilə əvəz edilməlidir". Millət vəkili həmçinin medalın tərtibatına da iradını bildirib. Xanhüseyn Kazımlı, İltizam Əkbərli və digər millət vəkilləri çıxış edərək irad və təkliflərini söyləyiblər. Müzakirələrdən sonra sənəd qəbul edilib.