...

AŞPA-nın Cənubi Qafqaz qadınlarının vəziyyəti üzrə məruzəçisi Milli Məclisdə görüşlər keçirib

Siyasət Materials 21 Aprel 2006 17:31 (UTC +04:00)

Trend agentliyinin "Space" telekanalına istinadən yaydığı məlumata əsasən, AŞPA-nın Cənubi Qafqaz qadınlarının vəziyyəti üzrə məruzəçisi Vera Oskina aprelin 21-də Milli Məclisdə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanda qadın hüquqlarının müdafiəsi məsələləri və onların respublikanın ictimai-siyasi həyatındakı rolu müzakirə olunub. V.Oskina Azərbaycanda qadın və kişilərin hüquq bərabərliyi ilə bağlı vəziyyəti "qənaətbəxş" adlandırıb.

"Azərbaycanda qadınlara olan münasibət Avropa Şurasının digər ölkələrindəkindən müsbət mənada fərqlənir. Anaya olan hörmət abortların sayını azaldan amildir" - deyə V.Oskina vurğulayıb.

Qeyd edək ki, AŞPA məruzəçisi cümə günü Bakını tərk edəcək.

Xəbər lenti

Xəbər lenti