"Bizim Azərbaycan" bloku Sədrlər Şurasının aprelin 24-də növbəti toplantısı keçirilib. Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətindən bildiriblər.
Toplantıda Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri, ABŞ-da Dağlıq Qarabağ nümayəndəliyinin açılması və bir sıra məsələlər müzakirə olunub. Blokun rəhbərləri Azərbaycan dövlət başçısının ABŞ səfərinin səmərəli keçəcəyi qənaətində olduqlarını bildirsələr də, Dağlıq Qarabağ nümayəndəliyinin ABŞ-da açılmasına etiraz ediblər. Qeyd olunub ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, beynəlxalq konvensiyalara və beynəlxalq hüquq prinsiplərinə ziddir.
Toplantıda təklif olunub ki, Azərbaycan hakimiyyəti ABŞ-da açılan Dağlıq Qarabağ nümayəndəliyinin bağlanması tələbəi ilə çıxış etsin. Blokun rəhbərləri İranın nüvə silahına malik olmasının bölgə üçün təhlükə yaradacağını da qeyd ediblər. Toplantının sonunda blokun fəaliyyət proqramı və yeni üzvlərin cəlb edilməsi ilə bağlı "Bizim Azərbaycan"ın sədri TMP lideri Vüqar Bəyturanın məlumatı dinlənilib.