...

KAXCP-nin Mingəçevir təşkilatının sədri BAXCP sıralarına qoşulub

Siyasət Materials 24 Aprel 2006 16:33 (UTC +04:00)

Klassik Azərbaycan Xalıq Cəbhəsi Partiyasının (KAXCP) Mingəçevir şəhər təşkilatının sədri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına (BAXCP) qoşulmaqla bağlı bəyanat verib. Bu barədə Trend ə BAXCP sədrinin xarici məsələlər üzrə müavini Elçin Mirzəbəyli bildirib.

Onu da bildirək ki, bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şəhər təşkilatının sədri də BAXCP sıralarına qoşulması ilə bağlı bəyanat verib.

E.Mirzəbəyli bildirib ki, may ayının ilk günlərində hər iki partiyanın Mingəçevir şəhər təşkilatlarının birgə konfransı keçiriləcək. Konfransda BAXCP sıralarına transfer ediməklə bağlı bəyanatlar rəsmiləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti