...

MBD ölkələri hökumət başçılarının növbəti iclasında təxminən 20 məsələ müzakirə ediləcək

Siyasət Materials 27 Aprel 2006 18:47 (UTC +04:00)

MDB ölkləri hökumət başçılarının mayın 25-də Düşənbədə keçiriləcək növbəti iclasının gündəliyində təxminən 20 məsələ olacaq. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən bildirilib.

Gündəliyin böyük hissəsi hazırlıq və razılaşdırma mərhələsindədir. Hökumət başçıları "Terrorçuluq və ekstremizmin digər təzahürləri, cinayətkarlıq, narkotik və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə MDB-nin dövlətlərarası proqramlarının gerçəkləşdirilməsi gedişi haqqında" və "MDB ölkələrinin məlumatlaşdırma və rabitə sahəsində qanunvericiliyinin harmonizasiyası haqqında" hesabatlarıı dinləyəcək.

Azərbaycanı tədbirdə baş nazir Artur Rəsizadənin təmsil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti