...

Astanada AQFETM ekspertlərinin növbəti iclası keçiriləcək

Siyasət Materials 29 Aprel 2006 13:02 (UTC +04:00)

Trend agenitliyinin məlumatına əsasən, iyunun birinci ongünlüyündə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etibar Tədbirləri üzrə Müşavirə (AQFETM) ekspertlərinin növbəti iclası keçiriləcək.

İclas iyunun 17-nə təyin olunmuş AQFETM dövlət başçılarının zirvə görüşü ərəfəsində keçiriləcək. Növbəti zirvə görüşü zamanı hərbi-siyasi, iqtisadi və sair sahələrdə əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik və etibarının gücləndirilməsi məsələləri müzakirə olunacaq. Bu məsələlər ilkin olaraq bütün sənədləri və zirvə görüşünün gündəliyini hazırlayacaq ekspertlərin görüşündə nəzərdən keçiriləcək.

Dövlət başçıları həmçinin, katiblik haqqında əsasnamə və təşkilata üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən Etibar Tədbirləri Kataloqunun gerçəkləşdirilmə mexanizmlərini təsdiqləməlidir.

Təşkilat 1992-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. AQFETM dövlət və hökumət başçılarının ilk zirvə görüşü 2002-ci ilin iyununda keçirilib. Təşkilata 16 dövlət üzüdür - Əfqanıstan, Azərbaycan, Misir, Hindistan, İsrail, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan. Müşahidəçi statusuna isə İndoneziya, Malayziya, ABŞ, Cənubi Koreya, Yaponiya, Ukrayna, Vyetnam malikdir. AQFETM-də BMT, ATƏT, Ərəb Ölkələri Liqası da təmsil olunur.

Xəbər lenti

Xəbər lenti